Haqqımızda

 

LIMARTIS - incəsənət və tətbiqi sənət ustalarının əsərlərinin nümayişi və satışı üçün ən böyük internet məkanıdır.

LIMARTIS adi mənada online bir mağaza deyildir - biz satışlardan heç bir faiz güdmürük və satıcı ilə alıcı arasındakı əlaqədə tərəf kimi çıxış etmirik.  LIMARTIS-də  alıcılar  satıcılar  ilə birbaşa, vasitəçilər olmadan ünsiyyət qurur!  Rəssamlar və onların əsərləri haqqında bütün məlumatlar saytda tam olaraq açıq şəkildə yayımlanır, beləliklə rəssamlar və geniş  ictimaiyyət arasında birbaşa əlaqə  yaranır    .

BİZİM MƏQSƏDİMİZ - bütün sənətçiləri  bir “çətir” altında birləşdirmək  və onlara  yaradıcılıqlarının nümayişi və satışı üçün daha  rahat və etibarlı platforma  -  online "sərgi zalı"   təqdim  etməkdir.  Və bununla da alıcıların  sosial şəbəkələrdə  çoxsaylı  fərdi səhifələrdən axtarış edərək dəyərli vaxtlarının  itirilməsinin qarşısını alıb,  ümumiləşdirilmiş  bir saytdan istifadə edərək öz axtardıqlarını rahat tapmasını  təmin etmiş oluruq.

Əgər Satıcısınızsa:

-Sizin  daha müştəri axtarmaq, öz saytınızın reklamı üçün xərc çəkmək kimi qayğınız olmayacaq.  Sadəcə öz işinizi  bizim kataloqda yerləşdirirsiniz,  biz isə nə qədər ki, öz  şedeverlərinizi yaradırsınız,  onların  təşviq etdirilməsi  və işinizə  müştərilərin cəlb olunması kimi məsələləri  öz üzərimizə götürürük.  

Əgər Alıcısınızsa:

- LİMARTİS portalında zövqünüzə uyğun  orijinal mallar  tapa bilərsiniz. Bütün əsərlər  sənətkarlar tərəfindən  əllə  hazırlanır, hər bir  işdə  onların  bir parçası  var  və hamısı müsbət enerji bəxş edir. 

- əgər kataloqumuzda siz öz  incə  zövqünüzə görə  bir şey tapa bilməsəniz, bizim  ustalarımız sizin tələblərinizə uyğun  istənilən işi görəcəklər!

 GƏLİN GÖZƏLLİYİ BİRLİKDƏ YARADAQ!