Qaydalar

 

LIMARTIS.AZ Saytında qeydiyyatdan keçərək siz, istifadəçi qaydalarını oxuduğunuzu, başa düşdüyünüzü və qaydalarla razı olduğunuzu qəbul edirsiniz.

Sayt Adminstrasiyası, bu qaydaları əvvəlcədən və ya sonrakı vaxtlarda xəbərdarlıq etmədən istənilən vaxt dəyişdirmək və ya müəyyən əlavələr etmək hüququna malikdir.

Bu qaydalara riayət etməyi qəbul etmirsinizsə, istənilən bir zamanda saytımızın bütün  xidmətlərindən istifadəni tamamilə dayandıraraq onları icra etməkdən imtina edə bilərsiniz.

Xidmətlər haqqında

Hazırda mövcud olan LIMARTIS.AZ layihəsinin bütün xidmətlər, eləcə də onların dəyişiklikləri və ya uzadılması göstərilən  qaydaların predmetidir.

Layihə çərçivəsində yeni bir hesab yaradarkən, bütün xidmətlər və imkanları "olduğu kimi" qəbul edirsiz. Layihənin administrasiyası xidmətlərin gecikmələri, yanlış və ya vaxtında çatdırılmaması, silinməsi və ya hər hansı məlumatın sızması, və ya itməsi ilə bağlı heç bir məsuliyyət daşımır.

Eyni zamanda, Adminstrasiya, layihə xidmətlərinin işində bu cür mənfi halların və səhvlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi öhdəsinə götürür.

Layihənin xidmət və imkanlarından  istifadə etmək üçün kompyuter və internetə çıxışınız olmalıdır. İnternetə çıxış haqqının ödənilməsi və əldə edilməsi, müvafiq avadanlıq və proqram təminatının alınması və konfiqurasiyası məsələləri sizə bağlı olan məsələlərdir. Biz sizə yalnız təsdiqlənmiş lisenziyalı proqramlardan istifadə etməyi məsləhət görürük.

Yeni istifadəçinin qeydə alınması üzrə öhdəliklər

Saytın xidmətlərindən istifadə edən hər bir istifadəçi qeydiyyatdan keçərkən özü haqqında dəqiq məlumat verməyi öhdəliyinə götürür (adı, soyadı, yaşayış yeri və s.).

Qeydiyyat prosedurunu bitirdikdən sonra saytın xidmət və imkanlarından istifadə etmək üçün şəxsi identifikatorlarınızı (login və parolunuzu) alırsınız. Yanlış və ya qeyri-dəqiq məlumatlar vermiş olsanız, Sayt İdarəsi şəxsi hesabınızın birtərəfli olaraq dayandırmaq  və ya hesabınızı silmək hüququna malikdir.

Məhdudiyyət

LIMARTIS.AZ saytının bütün xidmət və imkanları "olduğu kimi"  təqdim olunur, Sayt İdarəsi proqram təminatı və ya avadanlıqlardakı texniki nasazlıqlarla bağlı olaraq, xidmətdə yarana biləcək fasilələrin və ya istifadəçilərin gözləntilərinə cavab verməməsinin və şəxsi ehtiyaclarının təmin edilməməsinə zəmanət vermir.

Sayt administrasiyası layihənin iştirakçılarına və hər hansı üçüncü tərəfə təsadüfən, istənməyən və ya dolayı zərərlər vurulmasına, məsələn, LIMARTIS.AZ-ın istifadəsi ilə əlaqədar mənfəətin və ya məlumatın itirilməsinə görə məsuliyyət daşımır.

LIMARTIS.AZ saytının səhifələrində İnternetdə digər şəxslərin saytlarına və mülkiyyəti üçüncü şəxslərə aid olan hər hansı bir məzmuna istinadlar, linklər ola bilər. Bu cür linklər və məzmun İdarə tərəfindən yaxşı niyyət, ədalətlilik, qanunilik və digər tələblərə uyğun olaraq yoxlanılmır.

LIMARTIS.AZ saytından istifadə edərək keçdiyiniz üçüncü tərəf saytlarında yerləşdirilən hər hansı məlumat üçün administrasiya məsuliyyət daşımır. LIMARTIS.AZ saytına yerləşdirilən hər hansı bir sayt, məhsul, xidmət, ticarət və ya qeyri-kommersiya xarakterli hər hansı bir məlumat, Adminstrasiya tərəfindən bu məhsulların və xidmətlərin təsdiqlənməsi və ya tövsiyə edilməsi demək deyildir.

Saytda yerləşdirilməsi qadağan olan məhsullar

  1. Öz əlləri ilə sənətkarlar tərəfindən yaradılmayan  sənaye və ya kütləvi istehsal məhsulları (bu kateqoriyaya sənətkarlar tərəfindən müəllif məhsulu yaratmaq üçün əsas kimi alınmış kütləvi istehsalın məhsulları daxil deyildir. Məs. müəyyən dəyişikliklər edilmiş hazır köynək).
  2. Satışları müəllif  hüquqlarını pozan, ticarət nişanlarına və ya patentlərə, o cümlədən oğurlanmış əşyalara aid olan əşyalar, xidmətlər və materiallar.
  3. Saxta və ya qeyri-qanuni dublikat malların satılması (məs. saxta saat, çanta, paltarlar və s.).
  4. Qeyri-qanuni çap, audio və video malların dublikatları.
  5. Azərbaycan Respublikasının qanunvericiliyində qadağan olunmuş malların satışı, dövriyyəsi,  eyni zamanda: silahlar, partlayıcı maddələr, zəhərli və zərərli maddələr, soyuq və ya odlu silahlar, dərman preparatları, narkotik və ya psixotrop maddələr, onların istehsal vasitələri, izləmə cihazları.
  6. Piroteknik məhsullar və fişənglər.
  7. Tibbi avadanlıqlar və digər tibbi cihazlar. Tibbi və kosmetoloji xidmətlər.
  8. Alkoqol, spirtli və energetik içkilər. Tütün və tütün məhsulları, elektron siqaretlər.
  9. Hər növ pornoqrafik məzmunlu materiallar : pornoqrafik video və ya şəkillər, intim oyuncaq, və ya xidmətlər, eskort xidmətləri, virtual tanışlıqlar, massaj və digər  istənilən xidmətlər.
  10. Okkultik və ya  dini xarakterli xidmətlər. Hər hansı bir sehrli və ya gizli mərasimlər və tədbirlər üçün nəzərdə tutulmuş məhsullar.
  11. İstifadədə olmuş alt paltarları.
  12. Aqressiv məzmunlu paylaşımlar, şiddət və qorxunu nümayiş və ya  təbliğ edən, irqi, etnik və ya dini dözümsüzlük və ya düşmənçilik yaradan  paylaşımlar.
  13. Faşist/nasist simvollu məhsullar (İkinci Dünya Müharibəsi dövrünə aid olan tematik şəkillər və modellər istisna olmaqla. Hansılarda ki, simvolun elementləri tarixi əhəmiyyət kəsb edir).
  14. Daşınmaz əmlakın satışı və icarəsi. Avto, mototexnika və s.
  15. Valyuta nişanları, qiymətli kağızlar, hökumət sənədləri və sertifikatları, və onların qanunsuz nüsxələri. İstənilən sertifikatlar,  endirim kartları və  satış kuponları.
  16. Lisenziyasız proqram təminatı. İstənilən kompüter və ya telekommunikasiya avadanlıqlarını sıradan çıxara biləcək, komputer kodları və ya virusları, fayl və ya proqram təminatlarını özündə saxlayan materialların, icazəsiz giriş həyata keçirən proqramların  yüklənməsi.
  17. Elmi işlərin tezisləri, diplomlar, bakalavr işləri və s. materiallar. Materialların toplanması və diplomların yazılması  ilə bağlı olan xidmətlər.
  18. Nadir və nəsli kəsilməkdə olan heyvan növlərindən hazırlanmış məhsullar. Brakanyerlərə aid olan alət və avadanlıqlar. 
  19. Yalnız kolleksiya məqsədilə hazırlanmış tütün məhsulları (İşin təsvirində bunu mütləq qeyd etmək lazımdır).
  20. LIMARTIS emblemi və ya onun elementləri olan məhsullar (bu, müvafiq razılaşmaya malik istifadəçilərə tətbiq edilmir).

Limartis.az portalında reklam üçün qadağan olunmuş materiallar

  • Portalımızın hər hansı bir hissəsində, açıq və ya gizli şəkildə digər saytların reklam olunması.
  • Başqa  saytlarda yerləşdirdiyiniz öz əl işlərinizi, məqalələrinizi reklam edilməsi.
  • Portalımızın işi və mövzuları ilə bağlı olmayan hər növ kommersiya reklamı.

Adminstrasiyanın hüquqları

  • Adminstrasiya, qeyd edilmiş qaydalara, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, eləcə də adminstrasiya qərarları ilə ziddiyyət təşkil edən istənilən məzmunu redaktə etmək və ya silmək hüququnu özündə saxlayır.
  • Adminstrasiya, istifadəçilərin işlərinin kataloqun bölmələrinə yerləşdirilməsini seçici olaraq məhdudlaşdırmaq, saytın kontentine uyğun gəlməyən materiallar olmadıqda isə onların təqdim olunmasına qadağa qoymaq hüququna malikdir.
  • Adminstrasiya, istifadəçiləri xəbərdar etmədən, onların işlərini kataloqun bir bölməsindən başqa bir bölməsinə  köçürmək hüququna malikdir (əgər yerləşdirilən məhsul olduğu bölməyə aid deyilsə).
  • Administrasiya, verilmiş qaydalara əsasən, əgər siz bu qaydaları pozarsınızsa və ya qanunsuz fəaliyyətlər həyata keçirərsinizsə, portala və ya onun istifadəçilərinə təhlükə yaradacaq paylaşımlar edərsinizsə, portal xidmətlərinə girişinizi məhdudlaşdıra və hər hansı bir məzmunu silmək hüququnu özündə saxlayır.
  • Sayt adminstrasiyası öz istifadəçilərinə məlumatlandırıcı ismarıclar göndərə bilər.
  • Administrasiya saytın dizaynını, məzmununu, xidmətlər siyahısını, istifadə olunan proqram təminatını  istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır.
  • Sayt və göstərilən xidmətlər profilaktik işlərin aparılmasına, və ya digər baş verə biləcək texniki nasazlıqlara  görə,  əlçatmaz ola bilər. Adminstrasiya istənilən vaxt lazımi zərurət olarsa əgər profilaktik və ya digər texniki işləri yerinə yetirmək hüququna malikdir.